RU

Bakı axşam saatlarında nə baş verir? İnsanlar küçələrdə qaldı

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Onsuzda tıxacdan boğulan Bakıda yeni tədris ilinin başlanmasından sonra vəziyyət daha da gərginləşib. Günün PİK saatlarında tıxaclı yollarda sürücülərlə bərabər, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də əziyyət çəkirlər.

Bu da şikayət 160 nömrəli sərnişin avtobusundandır. Vətəndaşların BAKU.WS-in "qaynar xətti"nə etdikləri şikayətdə bildirilir ki, Koroğlu metrosu yaxınlığında 160 saylı avtobusa minmək müşkül məsələyə çevrilib.

"Yarım saatdan çoxdur 160 saylı avtobusu gözləyirik. Hər axşam bu vəziyyətdi. Millət əziyyət çəkir", - deyə şikayətçi bildirib.

Rəsmi açıqlamalarda isə bildirilir ki, həmin istiqamətdə yollarda sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirilib ki, həmin istiqamətdə yollarda tıxac hökm sürür. Bildirilir ki, Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) yollarda sıxlıq var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə BAKU.WS-ə bildirildi ki, Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli marşrut xəttində gündəlik olaraq 17 avtobus 7-10 dəqəqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Daşıyıcıya marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi və sərnişindaşıma normalarına riayət edilməsi ilə bağlı tapşırıq verilib.

Ziya SƏCCAD

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
baku.ws

2Источники