RU

“VAR sisteminin işindən narazılığımı qeyd etməliyəm” – “İmişli”nin baş məşqçisi

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya “Zirə” oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, o, matçı belə şərh edib:

“Bildiyiniz kimi, “Zirə” çempionatın ən güclü komandalarından biridir və çempionluq uğrunda mübarizə aparır. Buna görə də oyun çox çətin keçdi. Amma futbolçularımız soyuqqanlılığını qorudu və bu cür güclü rəqibə qarşı layiqli mübarizə apardılar. İlk hissədə vurduğumuz qol komandamız üçün olduqca önəmli idi, çünki ikinci hissəyə daha rahat və inamlı başlamağa imkan verdi.

“Zirə”nin heyətində yüksək səviyyəli futbolçuların olduğunu yaxşı bilirik, xüsusilə də yarımmüdafiə və hücum xəttində. İkinci hissəyə çıxarkən onların hücumlarının qarşısını almağa tam hazır idik. Mərkəz xətdən hücumlarına mane olurduq. Ona görə də, daha çox cinahlardan uzun ötürmələrlə cərimə meydançamıza hücumlar edirdilər. Bu hücumların nəticəsində bir qol buraxsaq da, güclü rəqibə qarşı heç-heçə nəticəsi bizim üçün çox pozitiv hesab olunur.

Bununla belə, əvvəlki oyunda olduğu kimi, VAR sisteminin işindən narazılığımı qeyd etməliyəm. Hücumçumuza qarşı çox sərt oyun gedirdi, amma VAR buna müdaxilə etmədi. Xüsusilə birinci hissənin sonlarında topsuz vəziyyətdə futbolçumuza qarşı edilən müdaxilə aydın şəkildə görünürdü. Belə epizodlara dəqiqlik gətirmək isə məhz VAR-ın əsas vəzifəsidir”.

Избранный
10
idmanxeber.az

1Источники