RU

Danimarka Ukraynaya 420 milyon dollardan çox əlavə yardım ayırıb

Danimarka Ukraynaya 425 milyon dollardan çox əlavə maliyyə yardımı ayırıb.

"Report" xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

"Yeni ianə paketi Ukrayna müdafiə sənayesi vasitəsilə əlavə 1,6 milyard Danimarka kronu (252 milyon ABŞ dolları) məbləğində vəsaiti nəzərdə tutur. Bundan əlavə, ianə paketinə bir sıra digər ianələr üçün təxminən 1,1 milyard kron (173,2 milyon ABŞ dolları) həcmində vəsait də daxildir", - məlumatda bildirilir.

Bu vəsait pilotsuz uçuş aparatları, döyüş sursatı və raketlərin alınması üçün istifadə oluna bilər.
Избранный
14
2
sherg.az

3Источники