RU

Numan Kurtulmuş Azərbaycanla Ermənistanın vasitəçisiz təmas qurmasının önəmindən bəhs edib

İnanırıq ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmasların başlaması araya girən xarici ünsürlərin fitnə-fəsad yaratmasına imkan verməyəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli toplantısı çərçivəsində nümayəndə heyətlərini qəbul edərkən deyib.

O bildirib ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə Cənubi Qafqazda ciddi formada dəyişikliklər meydana gəlib.

ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin başlanmasının və imzalanan birgə bəyannamənin tarixi önəminə toxunan Kurtulmuş Cənubi Qafqazda xarici qüvvələrə ehtiyac olmadan region xalqlarının bir arada, sülh içində yaşaya biləcəklərinə ümidini ifadə edib: "İnanırıq ki, Azərbaycanla Ermənistanın artıq birbaşa təmaslar qurması xüsusilə diaspordan güc alan bəzi qrupların Ermənistanı səhv istiqamətə yönəltməsinin qarşısını alacaq. Sonuna qədər bu normallaşmaya dəstək verdiyimizi bir daha ifadə etmək istəyirəm. Ümid edirik ki, Azərbaycanla Ermənistan arasındakı normallaşma Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın da qapısını açacaq".

Избранный
19
ikisahil.az

1Источники