Slovakiya Parlamenti konstitusiya dəyişikliyini qəbul edərək yalnız iki cinsi – kişi və qadını, bioloji meyarlara əsasən tanıyıb.
News365.az xəbər verir ki, yeni dəyişikliklərə görə, övladlığa götürmə hüququ yalnız evli heteroseksual cütlüklərə aid olacaq, surroqat ana üsulu isə qadağan ediləcək.
Bildirilib ki, seksual maarifləndirmə dərsləri valideynlərin icazəsi ilə keçiriləcək və “mədəni-etik normalara” uyğun olacaq. Bundan əlavə, ailə, nikah və etika məsələlərində Slovakiya qanunvericiliyinə Avropa İttifaqı qaydalarından üstünlük veriləcək.