RU

Donald Tusk: NATO dövlətləri Kiyev üçün ABŞ-dan silah alacaq

NATO-ya üzv ölkələr ABŞ silahlarının alınaraq daha sonra Ukraynaya verilməsi məsələsini müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

“O, bildirib ki, dünən NATO-nun baş katibi Mark Rutte ilə alyans ölkələrinin Ukraynaya maliyyə dəstəyi barədə danışıb. Söhbət ABŞ silahlarının alınmasından gedir”, – Tusk qeyd edib.

Polşa baş naziri əlavə edib ki, amerikalılar bundan əvvəl də Avropaya silah sataraq, həmin silahların Kiyevə verilməsinə hazır olduqlarını bəyan etmişdilər.

Избранный
32
nocomment.az

1Источники