RU

BMT Putinin ideyasını dəstəkləyib

BMT Rusiya prezidenti Vladimir Putinin daha əvvəl təklif etdiyi Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin (START) uzadılması ideyasını dəstəkləyib.

Busaat.az xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.

Dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiya və Amerika nümayəndələri arasında bu məsələ ilə bağlı mümkün danışıqları şərh edərkən, “Biz tərksilah üzrə əsas müqavilələrin uzadılmasını dəstəkləyirik”,-deyib.

Xatırladaq ki, daha əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etmişdi ki, agentlik Putinin sənədin müddətinin bitməsindən sonrakı il üçün sazişin müddəalarına əməl olunmasını nəzərdə tutan Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə ilə bağlı ideyasını dəstəkləyir. START müqaviləsinin müddəti gələn ilin fevralında başa çatmalıdır.

Yeganə

Избранный
9
busaat.az

1Источники