RU

“Arsenal” başqa komanda olub, amma biz də dəyişmişik”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau Premyer Liqanın növbəti turunda “Arsenal”a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Arsenal” ötən mövsümlə müqayisədə başqa komanda olub, amma biz də dəyişmişik. Hələ də hansı komanda olacağımızı anlamağa çalışırıq və bu mövsümdə artıq müsbət əlamətlər görünür. “Bredford”la oyunda kreativlik işartılarını gördük, texniki tərəf çox yüksək səviyyədə idi. “Arsenal”la qarşılaşmada da buna bənzər çıxışa ehtiyacımız olacaq”

Qeyd edək ki, “Nyukasl” – “Arsenal” görüşü sentyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Избранный
15
90deqiqe.az

1Источники