“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu İfeanyi Metyu artıq “Neftçi”nin uğurları üçün çalışacaq. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bildirilib ki, o, komandada 18 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта