RU

Avropanın 3 nəhəngi braziliyalı müdafiəçi ilə maraqlanır - Biri “Qarabağ”ın rəqibidir

“Yuventus”un müdafiəçisi Qleyson Bremer Avropanın bir neçə top-klubunun diqqət mərkəzinə düşüb.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, braziliyalı oyunçu ilə “Bayern”, “Liverpul” və “Mançester Yunayted” maraqlanır.

Turin klubu 28 yaşlı futbolçusunun transferindən 70–80 milyon avro gəlir əldə etməyi planlaşdırır. Halbuki, hazırda onun bazar dəyəri təxminən 50 milyon avro təşkil edir.

Bremerin “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə 4 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Избранный
4
sportinfo.az

1Источники