RU

Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas istiqamətdir — DFC

Bakı. Trend:

Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsasistiqamət hesab olunur.

Trend-inməlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf MaliyyəKorporasiyasının (DFC) investisiya departamentinin rəhbəri KonorKoulman Nyu-Yorkda Xəzər Siyasəti Mərkəzi (Caspian Policy Center,CPC) tərəfindən Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkilolunan altıncı illik Xəzər Biznes Forumunda bildirib.

Transxəzər ticarətinin beynəlxalq bazarlar üçün əhəmiyyətindəndanışan Koulman ABŞ-ın onun inkişafını dəstəkləmək üçün gördüyütədbirləri vurğulayıb. “Transxəzər Dəhlizi ABŞ hökuməti üçün xaricisiyasət baxımından əsas istiqamətdir. Bizim fəaliyyətimiz ABŞ-ınMərkəzi Asiyada iqtisadi inkişafı dəstəkləmək üzrə uzunmüddətlitarixə malik olmasına əsaslanır”, — deyə o qeyd edib.

“DFC təhlükəsiz və strateji baxımdan mühüm investisiyadəhlizlərinin və iqtisadi zonaların yaradılması üzərində işləyir —bu isə birbaşa olaraq Orta Dəhlizin artan əhəmiyyəti ilə bağlıdır”,— Koulman əlavə edib.

O, həmçinin Ermənistan və Azərbaycan arasında paraflanmış sülhsazişinin açdığı strateji potensiala diqqət çəkib: “Ermənistan vəAzərbaycan arasında əldə olunan tarixi sülh razılaşması regiondatəhlükəsizliyin və iqtisadi artımın möhkəmləndirilməsi üçün böyükperspektivlər vəd edən yeni bir dövrün başlanğıcını ifadəedir”.

Избранный
65
az.trend.az

1Источники