RU

Məşhur oyunçu karyerasını bitirəcəyini açıqladı - Mövsümün sonunda

Serxio Buskets mövsümün sonunda peşəkar futbolçu karyerasına son qoyacağını açıqlayıb.

37 yaşlı yarımmüdafiəçi hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.

Onun müqaviləsinin müddəti 2025-ci ilin 31 dekabrına qədər qüvvədə olsa da, ispaniyalı futbolçu noyabr və ya dekabr ayında karyerasını başa vurmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Buskets sosial şəbəkə hesabındakı paylaşımında həm futbola, həm də bütün azarkeşlərə ürəkdən təşəkkür etdiyini bildirib:

“Həm futbola, həm də bütün azarkeşlərə ürəkdən təşəkkür edirəm. Siz hər zaman bu möhtəşəm hekayənin bir hissəsi olacaqsız”.

Buskets İspaniya millisinin heyətində böyük uğurlara imza atıb.

O, milli komanda ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. “Barselona” ilə 3 dəfə UEFA Çempionlar Liqasının qalibi, 9 dəfə La Liqa çempionu titulunu qazanıb.

2023-cü ildə isə “İnter Mayami” ilə Liqa kubokunu başı üzərinə qaldırıb.

Избранный
4
sportinfo.az

1Источники