Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Məlumata görə, rayonun Pirəbbə kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.//Oxu.az
Telegram kanalımız