RU

Tramp mümkün şatdaunda günahın demokratlarda olacağını bildirib

ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) halında buna görə Demokratlar Partiyasının məsuliyyət daşıyacağını bəyan edib.

Bu barədə News365.az xarici KİV-ə istinadən xəbər verir.

"Olacağa çarə yoxdur, bu olacaq. Amma hökumət yalnız demokratlara görə fəaliyyətini dayandıracaq", - Tramp deyib.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı sürətlə inkişaf edərkən demokratlar qeyri-qanuni mühacirlərə milyardlarla dollar vermək və sərhədləri açmaq istədikləri üçün şatdaun istəyirlər.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Nümayəndələr Palatasının müvəqqəti hökumət maliyyələşdirməsini noyabrın 21-dək uzadacaq qanun layihəsinin təsdiqini alqışlayıb. İndi qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir.

Senatda Respublikaçılar 100 səsdən 53-nə sahibdir, qanun layihəsini təsdiqləmək üçün isə 60 səs lazımdır.

ABŞ-də mart ayında qəbul edilmiş və sentyabrın 30-da başa çatacaq müvəqqəti federal maliyyələşdirmə qanunu var. Əgər müddət uzadılmasa, şatdaun baş verəcək.

Избранный
9
1
news365.az

2Источники