Türkiyə I Liqasında səfərdə “Pendikspor”a 1:4 hesabı ilə uduzan "Sakaryaspor"un futbolçusu Caner Erkin görüşdə mübahisəli epizodla yadda qalıb.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi matçın 76-cı dəqiqəsində komanda yoldaşı Burak Altıparmağla yaşadığı mübahisədə aillə vurub.
Baş hakim Erkinə birbaşa qırmızı vərəqə göstərib.
Həmin epizodun videosu ilə sizi tanış edirik: