“Arsenal” heyətini gücləndirmək üçün İspaniya çempionatında çıxış edən iki futbolçunu transfer hədəfinə alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
“Topçular”ın qısa siyahısında “Real Sosyedad”ın yaponiyalı yarımmüdafiəçisi Takefusa Kubo və “Sevilya”nın fransalı futbolçusu Lusyen Aqume yer alır.
Hər iki oyunçunun transferi London klubuna təxminən 75 milyon avroya başa gələ bilər.
Kubo cari mövsümdə La Liqada 6 oyuna çıxıb və 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Aqume isə “Sevilya” formasında 5 matçda iştirak edib və 1 dəfə fərqlənib. Onun sözləşməsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Beləliklə, “Arsenal” gələcək transfer pəncərəsində La Liqadan iki yarımmüdafiəçini heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.