Türkiyə Superliqasında 7-ci tura start verilib.
Axar.az xəbər verir ki, turun açılış qarşılaşmasında “Qalatasaray” səfərdə “Alanyaspor”u 1-0 məğlub edib. Görüşdə yeganə qolu 23-cü Mauro İkardi vurub.
“Qalatasaray” 21 xalla turnir cədvəlinin vahid lideridir. 9 xalı olan “Alanyaspor” isə 8-ci pillədə yer alır.