RU

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür.

Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.

Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı arzulayırıq.

27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün yenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurla irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat qayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər və kəndlərimiz ən yüksək dünya standartları və ən yeni texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.

Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızın həyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Избранный
19
25
publika.az

2Источники