RU

ABŞ İran milli komandasına viza vermədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İranın polo üzrə milli komandası 2025-ci il Dünya Kubokunun final mərhələsində iştirak edə bilməyəcək".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın Polo Federasiyasının prezidenti Məhəmməd Nazeri deyib:
"Təəssüf ki, milli komandaya viza verilmədiyi üçün idmançıları ABŞ-də keçiriləcək dünya çempionatına göndərmək mümkün olmayıb", - o bildirib.
Qeyd edək ki, polo üzrə dünya çempionatı ABŞ-nin Virciniya ştatında keçiriləcək. Turnirdə ev sahibi ilə yanaşı, Fransa (hazırkıçempion), Argentina komandaları, həmçinin Cənubi Amerika, Mərkəzi Asiya və Afrikadan olan yığmalar iştirak edəcək.
Избранный
45
19
oxu.az

10Источники