ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı planında İordan çayının Qərb sahilinin İsrail tərəfindən işğalına imkan verilməməsi nəzərdə tutulur.
Axar.az xəbər verir ki, təfərrüatları “Əl-Hadath” telekanalı əldə edib.
“Tramp jurnalistlərə bildirdi ki, İsrailə Qərb sahilini işğal etməyə icazə verməyəcək, Təl-Əvivdəki bəzi sağçı siyasətçilərin suverenliyi yaymaq və Fələstin dövlətinin yaradılması ümidlərini puç etmək istəyən çağırışlarını rədd edib”, - deyə bildirilib.
Qeyd olunur ki, Vaşinqton İordan çayının qərb sahilinin bütövlüyünü təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.