RU

Tramp Ukraynaya "Tomahavk" raketləri verməkdən imtina edib

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahavk” qanadlı raketləri verməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə “Axios”un məlumatında bildirilib. Nəşrin mənbəsinin sözlərinə görə, bu, Ağ Ev rəhbərinin Ukraynanın maraqlarına uyğun olaraq Avropa ölkələrinə satmaqdan imtina etdiyi yeganə silah sistemi olub. Məqalədə qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 23-də Nyu-Yorkda Amerika lideri ilə görüşdə Vaşinqtondan Kiyevi “Tomahavk” raketləri ilə təmin etməyi xahiş edib.

Ukrayna lideri “Axios”a müsahibəsində bu məlumatı dolayısı ilə təsdiqləyib. O, ABŞ prezidentindən əvvəllər Kiyevə verilməyən silah növünü istədiyini deyib, lakin konkret nə tələb etdiyini açıqlamayıb. Zelenski Trampın “Biz bunun üzərində işləyəcəyik” cavabını verdiyini bildirib.

Избранный
26
2
sia.az

10Источники