RU

Vitkoff girovların ailələri üçün yaxşı xəbərlə gəlib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, HƏMAS tərəfindən Qəzzada əsir götürülənlər üçün ümidverici bir bəyanat verib.

Bizimyol.info xəbər verir ki, İsrailin 12-ci televiziya kanalının məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edərkən bildirib ki, tezliklə irəliləyiş olacaq.

“Biz irəliləyişin astanasındayıq. Yaxşı xəbərlər olacaq. Bu, bir neçə günün məsələsidir” – deyə Vitkoff bildirib.

Mənbənin sözlərinə görə, əməliyyatlar və danışıqlarda əldə olunan nəticələr, məsələnin irəliləməsinə imkan verir. “Müdafiə naziri ABŞ-a səfər etdikdən sonra müsbət dəyişikliklər gözlənilir” – deyə mənbə əlavə edib.

Qeyd etmək lazımdır ki, Netanyahunun BMT-nin Baş Assambleyasındakı çıxışından cəmi bir neçə dəqiqə sonra, ABŞ Prezidenti Donald Trump da ümidverici bir açıqlama verib. “Düşünürəm ki, Qəzza ilə bağlı razılığa gəlmişik – çox yaxınıq. Görünür, razılaşma əldə edilib. Biz sizə detallarını bildirəcəyik” – deyə Trump qeyd edib.

Trump, müharibəyə son qoyacaq və əsirləri evlərinə qaytarmağa imkan verəcək bir razılaşmanın imzalanacağını vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
bizimyol.info

1Источники