İranın nüvə proqramı ilə bağlı böhranın diplomatik yolla həlli mümkün olaraq qalır, lakin BMT Təhlükəsizlik Şurasının Rusiya və Çinin təklif etdiyi qətnamə layihəsini rədd etməsindən sonra vəziyyət daha da mürəkkəbləşib.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
“Diplomatiya heç vaxt ölməyəcək, amma indi hər şey daha mürəkkəbləşib”, - o, jurnalistin İran dosyesi ilə bağlı danışıqların davam etdirilməsinin mümkünlüyü barədə sualına cavabında bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.