RU

Ali Təhsildə Keyfiyyət Təminatı üzrə İkinci Simpozium - Tam Uğur! (FOTO)

Bakı. Trend:

25-26 sentyabr 2025-ci il tarixlərində ADA Universitetində alitəhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpoziumkeçirilib. Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iləbirgə təşkil olunub və yerli ali təhsil müəssisələrinin çoxsaylınümayəndələrinin iştirakı ilə baş tutub.

Simpozium çərçivəsində keyfiyyət təminatı və akkreditasiya iləbağlı aktual mövzular və ən son praktikalar üzrə müzakirələr vəseminarlar keçirilib. Açılış nitqi ilə çıxış edən TKTA-nın idarəheyətinin sədri Tural Əhmədov institusional və proqramakkreditasiyası üzrə milli səviyyədə əldə olunan irəliləyişlərdəndanışıb. O, keyfiyyətin təminatı sahəsində çalışanların davamlıpeşə hazırlığı üçün daha çox imkanların yaradılmasının vacibliyinivurğulayıb və ADA Universitetinin bu simpoziumu təşkil etməsinidəyərli töhfə kimi qiymətləndirib.

Simpozium Azərbaycan universitetlərində beynəlxalq səviyyədəinnovasiyaların davamlı və yaradıcı müzakirəsi üçün mühüm platformarolunu oynayıb. Tədbirdə iki gün ərzində milli və beynəlxalqekspertlər akkreditasiya, keyfiyyətli tədris və təhsil, beynəlxalqreytinqlər, eləcə də insan resurslarının inkişafı üzrə ən sontendensiyaları və öz təcrübələrini bölüşüblər.

Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafıMərkəzinin həmsədri, məruzəçilərdən biri Frank Niedermeier tədbirzamanı müşahidə etdiyi atmosfer və dinamikadan çox təsirləndiyinibildirib:

“Azərbaycanda keyfiyyətin təminatı cəmiyyətinin necə sürətləböyüdüyünü və inkişaf etdiyini görmək heyranedicidir. Buna şahidliketmək çox təsir edicidir və bu simpoziumda iştirak etməkdən keçənil olduğu kimi məmnun oldum - TKTA və ADA Universiteti nəetdiklərini çox yaxşı bilirlər”.

ADA Universitetinin Keyfiyyətin təminatı və akkreditasiyası üzrədirektoru Maurus Roller simpoziumun uğurunu belə vurğulayıb:"İştirakçılar çox həvəsli idilər. Biz hamımız bilirik ki,keyfiyyət təminatı təhsil üçün vacibdir və belə bir tədbirəməkdaşlıq üçün yeni imkanlar yaradır".

ADA Universitetinin tədris işləri üzrə prorektoru ElkinNurməmmədov qeyd edib: "Keyfiyyət təminatı milliuniversitetlərimizin və tələbələrin uğurları üçün vacibdir.Tədbirin cəmi iki dəfə keçirilməsinə baxmayaraq, simpoziuma maraqkifayət qədər artıb. Keyfiyyətin təminatı üzrə milliekspertlərimizin belə yaradıcı və dinamik mühitdə bir arayagəlməsini görmək sevindirici haldır".

Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Избранный
60
1
az.trend.az

2Источники