RU

Ürəyini buz kimi elə, komandan Premyer Liqanı tərk etməyəcək!

Qoy, bəribaşdan «İmişli»nin prezidenti Kamran Eyyubovu sevindirim də.

Onun komandası bu mövsüm Premyer Liqanı tərk etməyəcək.

Qalacaqlar.

Əlini qoysun ürəyinin üstünə, gedib başqa işləri ilə məşğul olsun. Onları heç bir təhlükə gözləmir.

«İmişli»nin oynadığı futbol Premyer Liqaya layiq deyil və bunu gizlətməyin nə adı var axı…

11 nəfərlə qapının ağzına yığışıb, iş-gücü topu irəli vurmaqdan ibarət olan, sonra Allah ümidinə rəqib qapısına yaxınlaşan bu komanda kiçik işlər üçündür.

Yəni ki, məqsəd çempionatda qalmaqdırsa, marafonun finişinə bir xeyli qalmış hədəfə çatacaqlar.

Jorj Kaskilya başqa taktika-zad bilmir. Bilirsə də, onu nəzərdən keçirmək, yoxlamaq istəmir. «İmişli»yə tipik italyan futbolu gətirib və bu, hələlik onlara fayda verir.

Hər halda məğlubiyyətsiz oyun seriyası beş həftəyə çatıbsa, portuqaliyalı baş məşqçini ittiham etməyin də əleyhinəyəm.

Sözsüz, hər bir məşqçinin öz yolu var və əgər o, getdiyi bu yolda nəticə əldə edirsə, əməyinə sayğı ilə yanaşmaq mütləqdir.

Kaskilya «Zirə» ilə 1:1-ə görə VAR-dan narazılıq bildirib. Qonaqların bərabərlik qolunun sayılmasından gileylənib, həmin epizodda Azər Salahlıya qarşı kobudluğa yol verilməsinə işarə verib.

Eh, adam… Bu ki hamını ələ salmaqdır.

Azərin ikili hava mübarizəsindən sonra yerdə qalmasının Davit Volkovun fərqlənməsinə nə aidiyyatı? Kapitan harada, gürcü hücumçu harada.

Azər ayaqda qalsaydı belə, Volkovun zərbə məsafəsinə çatmayacaq, topun qarşısını kəsə bilməyəcəkdi.

O. topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən ayağı boşa çıxan Ronaldo de Souzaya irad tutmaqdansa, VAR hakimlərinin obyektivliyini şübhə altına alırsa, biz sabah ondan daha əcaib-qəraib iradlar eşidəcəyik.

MUSA

Избранный
11
sportinfo.az

1Источники