Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, sentyabrın 29-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.