RU

Milli Məclis deputatlarının dünyaya Anım Günü müraciəti

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 Sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

Müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.

Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycanın BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır. Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu diqqətə çatdırılır.

Avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.

Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
14
xalqqazeti.az

10Источники