RU

Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

Bakı. Trend:

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etməküçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmriilə başlanan əks-hücüm əməliyyatları Azərbaycan silhalı qüvvələinintam və qəti qələbəsi ilə başa catdı. Xalqımızın qürur tarixinəçevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütündünyaya göstərdi - erməni işğalına son qoyuldu və ərazilərimizbütövləşdi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, 1990-cı illərdən bəri davam edənişğal, eləcə də sülh danışıqlarının nəticəsiz qalması, Azərbaycanınhərbi yolla torpaqlarını azad etmək qərarını şərtləndirdi.

"Rəsmi İrəvan uzun illər ərzində Azərbaycana qarşı düşmənçiliksiyasəti aparırdı. Bu siyasət təkcə hərbi işğalla deyil, eynizamanda ideoloji, siyasi və mədəni sahələrdə də həyata keçirilirdi.Hələ Çar Rusiyası dövründə, xüsusilə 1828-ci il Türkmənçaymüqaviləsindən sonra, Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvierməni köçü təşkil olunmuşdu. Bu siyasət Rusiya imperiyasınınregional maraqları çərçivəsində həyata keçirilirdi, bölgədəmüsəlman əhalini zəiflətmək və yeni etnik balans yaratmaq məqsədidaşıyırdı. Xalqımıza qarşı yönəlmiş bu düşmənçilik siyasəti artıq200 ildən çox bir dövrü əhatə edirdi. Bu fakt, ermənimillətçilərinin Azərbaycan türklərinə qarşı həyata keçirdiyiardıcıl siyasətin planlı, sistemli və uzunmüddətli xarakterdaşıdığını göstərirdi. Tarix boyu, xüsusilə XX əsrin əvvəllərindəerməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləviqırğınlar törədilir, etnik təmizləmələr aparılırdı, yerli əhalidoğma yurdlarından sürgün olunur və mədəni irsimiz məqsədyönlüşəkildə məhv edilirdi. Ermənilər Azərbaycan ərazisindəməskunlaşdıqları dövrdən etibarən xalqımıza məxsus toponimlərindəyişdirilməsinə başlamışdılar. Məsələn, Xankəndinin adınındəyişdirilməsi, Şuşanın erməni şəhəri kimi təqdim olunması busiyasətin bariz nümunələrindəndir", - deyə deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, ermənilərin məskunlaşdığı bölgələrdəazərbaycanlılara qarşı təzyiq, mülkiyyətin əlindən alınması,idarəetmədə təmsil olunmamaq kimi hallar geniş yayılmışdı:

"Daşnaksutyun partiyası XIX əsrin sonlarında yaranaraq ifratmillətçi və ekspansionist ideologiya ilə tanınırdı. Bu partiyanınəsas hədəfi "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi.Rusiya və Osmanlı imperiyalarının zəiflədiyi dövrlərdə – xüsusilə1905–1907-ci illər və 1918–1920-ci illər aralığında – Daşnaksilahlı dəstələri Cənubi Qafqazda, o cümlədən Azərbaycantorpaqlarında etnik təmizləmə və kütləvi qırğınlar həyatakeçirirdilər. Bu siyasət birbaşa erməni millətçiliyinin radikalqolu olan Daşnaksutyunun ideoloji xəttinə söykənirdi və nəticədəAzərbaycana qarşı düşmənçilik və işğalçılıq strategiyasınaçevrilirdi.

Qondarma “Dənizdən dənizə Ermənistan” ideyası, yəni Qaradənizdən Xəzər dənizinədək uzanan böyük Ermənistan yaratmaq xülyasıəsassız və təhlükəli bir etnik imperializm layihəsi idi. Bu ideyatəkcə Azərbaycan üçün deyil, bölgədəki bütün qonşu xalqlar üçüntəhdid idi. 1948–1956-cı illərdə SSRİ rəhbərliyinin qərarı ilə 150min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu.1987–1989-cu illərdə – Ermənistandan daha 300 min azərbaycanlızorla çıxarıldı, Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ciildən başlayan Qarabağ münaqişəsi də bu ideyanın tərkib hissəsiidi. Məqsəd təkcə Qarabağı deyil, Azərbaycanın digər ərazilərini dəzəbt etmək idi. Bu sərsəm ideya ilə təkcə tarixi saxtalaşdırmağadeyil, müharibə və insan faciələrini legitimləşdirməyəçalışırdılar".

Deputat bildirib ki, Sovet İttifaqının dağılması ilə yarananboşluqdan istifadə edən Ermənistan xarici siyasi və hərbi dəstəyəarxalanaraq Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi:

"Bu işğal zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, mülkiəhali qətlə yetirilmiş, dinc insanlar etnik təmizləməyə məruzqaldı. Xüsusilə Başlıbel, Ağdaban və Baqanis-Ayrım kimi kəndlərdətörədilən qətliamlar, erməni silahlı qüvvələrinin sistemli vəamansız cinayətlərini göstərir. Xocalı soyqırımı isə buvəhşiliklərin zirvəsidir – qadınlara, uşaqlara və qocalara qarşıməqsədli terror aktıdır".

S.Mikayılova vurğulayıb ki, Azərbaycan-Ermənistan münaqişəsindəbeynəlxalq qurumlar, xüsusilə ATƏT-in Minsk Qrupu, 29 il ərzindəhər hansı nəticə doğuran bir addım belə atmamış, işğalçı və işğalaməruz qalan tərəflərə eyni məsafədən yanaşmışlar:

"Bu “neytrallıq” əslində Ermənistanın maraqlarına xidmət etmiş,işğalın dondurulmasına səbəb olmuşdur. Beləliklə, “ikilistandartlar” siyasəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı səssizrazılıq kimi qiymətləndirilə bilər. Azərbaycan 30 ilə yaxınmüddətdə münaqişənin sülh yolu ilə, diplomatik yolla həlli üçünsəbr və siyasi iradə nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının 4qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrininqeyd-şərtsiz olaraq geri çəkilməsini tələb etsə də, bunlar heç vaxticra olunmadı. Beynəlxalq ictimaiyyətin bu məsələdə təsirsiz vəzəif reaksiyası, işğalın uzunmüddətli olmasına şərait yaratdı. Sülhdanışıqları aparıldığı illər ərzində Ermənistan təxribatlardançəkinməmiş, təmas xəttində dinc azərbaycanlıları hədəfə almış vəsilahlı hücumlar və diversiya qrupları vasitəsilə vəziyyəti daimgərgin saxlamışdır. Bu təxribatlar, Ermənistanın sülh istəmədiyinivə münaqişəni dondurmaqla torpaqları əbədi işğal altında saxlamaqniyyətində olduğunu ortaya qoymuşdu".

S.Mikayılova qeyd edib ki, lakin Azərbaycan xalqı işğalla heçvaxt razılaşmadı, bunu 2016-cı ilin Aprel döyüşlərində, 2020-ciilin Tovuz hadisələrində və nəhayət, 44 günlük Vətən müharibəsindəsübut etdi.

"Azərbaycan uzun illər ərzində sülh və danışıqlar yolunu üstüntutaraq beynəlxalq hüquqa sadiqlik nümayiş etdirmişdi. Lakin bumüddət ərzində Ermənistan tərəfindən işğalın davam etməsi, mütəmadihərbi təxribatlar və xüsusilə 2020-ci il 27 sentyabr tarixindəatəşkəsin kobud şəkildə pozulması, artıq Azərbaycan xalqının “səbirkasasını” daşdırırdı.

Həmin gün Ermənistan silahlı qüvvələri yalnız hərbimövqelərimizi deyil, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl kimi yaşayışməntəqələrimizi də artilleriya atəşinə tutaraq dinc əhaliyə qarşınövbəti təcavüz aktı həyata keçirdi. Bu hücumlar nəticəsindəhərbçilərlə yanaşı mülki şəxslər də həlak oldu. Cavab olaraqAzərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin əmriilə genişmiqyaslı əks-hücum əməliyyatına başladı", - deputat əlavəedib.

S.Mikayılova əlavə edib ki, 44 gün davam edən Vətən müharibəsinəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, ocümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləriniişğaldan azad etdi:

"Noyabrın 9-da Şuşa şəhərinin azad olunması ilə müharibənintaleyi həll olundu və Ermənistan kapitulyasiya bəyanatınıimzalamağa məcbur oldu. Bu sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçınrayonları döyüşsüz və sülh yolu ilə Azərbaycana qaytarıldı.Beləliklə, Azərbaycan həm hərbi, həm də siyasi masada qələbəsinimöhkəmləndirmiş oldu. Bu müharibə yalnız silah və texnika ilədeyil, xalqın ordusuna və dövlətinə olan sarsılmaz dəstəyi iləqazanıldı. Müharibə dövründə "Öldü var, döndü yoxdur" şüarı xalqınqələbə əzmini, şəhidlərimizin və qazilərimizin ruhunu ifadə edənmilli birlik simvoluna çevrildi".

Deputat bildirib ki, Azərbaycan xalqı bu 44 gündə bir yumruqkimi birləşdi, cəbhədə döyüşən əsgərin arxasında xalq dayandı.

"Bu həm də milli iradənin, milli ləyaqətin və milli ruhuntəntənəsi idi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixiQələbə təkcə silahlı mübarizə deyil, xalqın, ordunun və dövlətinbirgə vəhdətinin təntənəsi oldu. Bu zəfərin əsas memarları –qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz –xalqımızın qürur mənbəyidir. Müharibə dövründə yalnız ön cəbhədədeyil, arxa cəbhədə də mülki əhali böyük fədakarlıq göstərdi, biryumruq kimi birləşərək dövlətin və ordunun yanında oldu.Şəhidlərimizin qisası döyüş meydanında alındı və bu, müasirtariximizin ən parlaq səhifəsinə çevrildi. Prezident İlham Əliyevin2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il 27 sentyabr – AnımGünü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə olandərin ehtiramın ifadəsidir və xalqımızın yaddaşında əbədi yeralacaq. Dövlət, müharibədən sonra da öz qəhrəman övladlarınıunutmur. Şəhid ailələri və qazilərə göstərilən qayğı, dövlətsiyasətinin prioritet istiqamətlərindən biridir. Qələbəninəbədiləşdirilməsi üçün bir çox orden və medallar təsis olunmuşdur.Bakıda salınan Zəfər Parkı və Memorial Kompleks, həm şəhidlərimizinxatirəsini yaşatmaq, həm də Qələbəmizi vizual və mənəvi olaraqnümayiş etdirmək baxımından mühüm layihədir."

S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsindəgöstərdiyi qəhrəmanlıq, birlik və əzm sayəsində tarix yazdı:

"Qazanılan Zəfər, yalnız bir döyüşün yox, əsrlərlə davam edənədalət mübarizəsinin zəfəridir və bu zəfər hər bir azərbaycanlınınqəlbində yaşayır, gələcəyə inam bəxş edir".

Məqalədə:
Избранный
2
6
az.trend.az

7Источники