Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" hesabında 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.1news.az-ın məlumatına görə, paylaşımda deyilir: "Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"