İngiltərənin aşağı liqa təmsilçisi “Çiçestr Siti”nin 22 yaşlı hücumçusu Billi Vigar matçda aldığı zədədən sonra vəfat edib.
Sportinfo.az xəbər verir ki, o, topun meydandan çıxmaması üçün mübarizə apararkən beton divara çırpılıb.
Ağır kəllə-beyin travması alan futbolçu dərhal xəstəxanaya çatdırılıb, komaya düşüb və əməliyyat olunub. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçu dünyasını dəyişib.
Vigar 2017-ci ildə “Arsenal” akademiyasında futbol oynamağa başlayır. 2022-ci ildə peşəkar müqavilə imzalayır, daha sonra “Derbi Kaunti” U-21, “Hastinqs” və “İstborn Boro”da icarə əsasında çıxış edib.
2025-ci ildə “Hastinqs”ə, ordan da “Çiçestr Siti”yə transfer olunur.