ABŞ-da Ali Məhkəmə Tramp administrasiyasına Konqres tərəfindən ayrılan 4 milyard dollarlıq xarici yardım fondunu dondurmaq səlahiyyəti verib.
Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ali Məhkəməsinin hakimi Yelena Kaqanın qərarında bildirilib.
"Bu gün səs çoxluğu ilə qəbul edilmiş təxirəsalma qərarı həmin məhkəmə qərarının “xarici yardımın göstərilməsi ilə bağlı” icrasını dayandırır. Nəticədə vəsait öz nəzərdə tutulan alıcılarına çatdırılmayacaq", - qərarda qeyd olunub.
Qeyd edək ki, müraciət Tramp administrasiyası tərəfindən sentyabrın 5-də Vaşinqtonun apellyasiya məhkəməsinin administrasiyaya qarşı qərarından sonra verilib. Aşağı məhkəmənin qərarına əsasən, Tramp administrasiyası sentyabrın 30-na qədər əvvəllər Konqres tərəfindən təsdiqlənmiş xarici yardım fondlarına ən azı 4 milyard dollar xərcləməli idi.