Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Vukovar”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Start "11-lik"də yer alan 24 yaşlı Rüfət 65-ci dəqiqədə əvəzlənib.
8 tura 12 xal toplayan “Varajdin” turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.