RU

2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etməkvə otuz illik erməni işğalına son qoymaq məqsədilə hərbiəməliyyatlara başlamaq məcburiyyətində qalması, müasir dünyamızdaədalət prinsiplərinin demək olar ki, gözlənilmədiyini, beynəlxalqhüququn işləmədiyini bir daha təsdiq etdi.

Bunu Trend-əMilli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyev son beş ildə etdiyi bütünçıxışlarında, verdiyi müsahibələrində hər zaman vurğulayıb ki, məhzqlobal siyasətdə tətbiq olunan ikili standartlar, beynəlxalqmünasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxarılmasıAzərbaycanın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinəbaşlamasına səbəb olublar.

Millət vəkili keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həlliniqaçılmaz edən əsas səbəblərdən birinin məhz beynəlxalq riyakarlıqolduğunu xüsusi qeyd edib:

“Məlum olduğu kimi, ATƏT sentyabrın 1-də Minsk qrupunun ləğvolunduğunu açıqlayıb. Bu barədə təşkilatın Nazirlər Şurasınıniclasında qərar qəbul olunub. Qeyd edək ki, bu qərar Prezidentİlham Əliyevin bir ay bundan öncə Vaşinqtona etdiyi işgüzarsəfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi kimi ortayaçıxdı. Belə ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın başnaziri tərəfindən Ağ Evdə imzalanmış Birgə Bəyannamədə ATƏT-inMinsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanınabirgə müraciət göndərilməsi barədə müddəa yer alıb. Keçmişmünaqişənin sülh yolu ilə nizamlanması məqsədilə hələ 1992-ci ildətəsis olunmuş bu qurum 29 illik fəaliyyəti dövründə məsələninhəllinə yox, dondurulmasına çalışıb. BMT isə işğalçı Ermənistanatəzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirib, tərəflərisülhə çağıran bəyanatlarla kifayətlənib. Bu, beynəlxalqriyakarlığın və ikili standartlar siyasətinin açıq-aşkartəzahürləri idi. Məhz bu amillər nəticə etibarı ilə torpaqlarımızınişğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğunuşərtləndirib. Buna görə də Prezident İlham Əliyev 2003-2020-ciillər ərzində etdiyi çıxışlarında hər zaman deyirdi ki, sülh yoluilə məsələ həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıqvə tarix bu dəfə də möhtərəm dövlət başçımızın haqlı olduğununümayiş etdirdi.”

Kamaləddin Qafarov ermənilərin tarixi ərazilərimizdə həyatakeçirdikləri soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlərin dünyaictimaiyyətinə çatdırılması işinə ilk dəfə Ümummilli Lider HeydərƏliyevin təşəbbüsü ilə başlandığını diqqətə çatdırıb:

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci ilmartın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılaraqarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə ilkdəfə olaraq müvafiq siyasi qiymət verildi və 31 mart tarixi“Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Ulu Öndərtərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlıaparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonraaparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlərtoplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmıştarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakıdövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlıaksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarınınsayının qat-qat çox olduğunu sübuta yetirir. Bu gün - 27 sentyabrAzərbaycanda Anım Günüdür. Ölkəmizin bütün guşələrində Vətənmüharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağınıişğaldan azad edilən torpaqlarımıza sancmış, doğma Vətənimizinərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizəhəsr olunan silsilə tədbirlər həyata keçirilir. Azərbaycan dövlətivə Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksəkqiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir,xatirəsini uca tutur.”

Избранный
10
15
az.trend.az

10Источники