RU

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

XXX

Xəbər verildiyi kimi, Abşeronda anbarda güclü yanğın baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yayılan məlumatlara görə, yanğın "Avrora" şirkətinin Avrora Sənaye Parkında baş verib. "Avrora" şirkəti bu məlumatın yalan olduğunu bildirib.

Əldə edilən məlumata görə, AzMDF şirkətinə məxsus anbar yanır. Qeyd edək ki, AzMDF şirkətinin anbarları müxtəlif şirkətlərə icarəyə verilib. 

Избранный
32
35
marja.az

10Источники