RU

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar – FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

DOĞRU.AZ

image-17589555601047750911_1200x630 image-17589555605385339547_1200x630 image-17589555604829950456_1200x630 image-1758955560153515961_1200x630 image-17589555603617513489_1200x630 image-1758955801145454879_1200x630 image-17589558013099734447_1200x630 image-17589558014206045028_1200x630 image-17589558014131622567_1200x630 image-17589558011580652760_1200x630 image-17589558013791616854_1200x630 image-17589558013313152905_1200x630 image-1758955801472386531_1200x630 image-17589558016552845719_1200x630 image-175895580187744246_1200x630 image-17589558014320715705_1200x630

Избранный
27
30
dogru.az

10Источники