RU

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət edirlər

Vətən Müharibəsinin beşinci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət davam edir.

Sitat.info xəbər verir ki, rəsmi şəxslər, şəhid ailələri və digər şəxslər şəhidlərin məzarları önünə gül dəstələri qoyurlar. Dövlət sərhəd xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də həmin qurumların rəhbərliyi, ali zabit heyəti Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

  Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Daha sonra bir dəqiqəlik sükut elan olunub. Hərbi orkestrın müşayəti ilə dövlət himni səsləndirilib, eləcə də yaylım atəşi açılıb.

 

Избранный
5
3
sitat.info

5Источники