RU

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də həmin qurumların rəhbərliyi, ali zabit heyəti Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Vətən Müharibəsinin 5-ci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.

Daha sonra hərbi orkestrın müşayəti ilə dövlət himni səsləndirilib, eləcə də yaylım atəşi açılıb.

Избранный
5
3
missiya.az

5Источники