RU

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb

İntensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
5
26
operativmedia.az

10Источники