RU

Rusiya təyyarələri VURULACAQ! - NATO-dan TƏCİLİ TAPŞIRIQ, ballistik raketlər SƏRHƏDDƏ!

NATO ölkələri Rusiya təyyarələrinin vurulması üçün texniki imkanlarının olub-olmadığını ciddi şəkildə qiymətləndirməlidirlər.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

Kolesnik deyib ki, döyüşkən bəyanatlar Avropanı eyni cavabla üz-üzə qoya bilər.

Deputat vurğulayıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri və döyüş təcrübəsi sahəsində güclüdür və potensial qarşılıqlı addımların nəticələri nəzərə alınmalıdır.

O, həmçinin Avropa tərəflərini təkcə siyasi ritorika ilə kifayətlənməməyə və real əməliyyat imkanlarını qiymətləndirməyə çağırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Избранный
6
musavat.com

1Источники