RU

Saakaşvilinin partiyası Gürcüstanda qadağan olunur

Gürcüstan hakimiyyəti sabiq prezident Mixeil Saakaşvilinin partiyasının qadağan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

O qeyd edib ki, ki, oktyabr ayında "Vahid Milli Hərəkat” partiyasının qadağan olunması üçün Konstitusiya Məhkəməsində müvafiq iddia qaldırılacaq.

Hökumət başçısı qeyd edib ki, bu, demokratik prosesdir.
 
 

Избранный
10
6
7news.az

7Источники