RU

“Masada yaxşı bir təklif var...” – “Prezident özü deyəcək”

Belarus lideri Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək arzusunu bildirib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə uzunmüddətli danışıqlardan sonra VGTRK jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

Lukaşenkonun sözlərinə görə, Zelenskiyə demək istədiyi çox şey var: "Vladimir Aleksandroviç sakitləşməlidir - masada yaxşı bir təklif var. Biz bunu Prezident Putinlə müzakirə etdik, amma açıqlamaq mənim işim deyil. Prezident özü deyəcək. Təklif yaxşıdır".

Belarus lideri əlavə edib ki, indi üç slavyan dövləti - Belarus, Rusiya və Ukraynanın rəhbərləri masaya oturmalı və bu anlaşılmaz müharibənin dayandırılması barədə razılaşmalıdırlar: "Əks halda, hamımız üçün pis olacaq."

Lukaşenko həmçinin qeyd edib ki, Zelenski ABŞ Prezidenti Donald Trampa avqust ayında Alyaskada verilən Putinin “sərfəli şərtləri”nə razılaşmasa, bütün Ukraynanı itirmək riski ilə üzləşəcək. Onun sözlərinə görə, Putinlə birlikdə Rusiya Baş Qərargahının ordunun irəliləyişi ilə bağlı məruzəsini dinləyiblər və bu prosesi dayandırmağın çətin olacağını bildiriblər.

Mətbuatda yayılan məlumatlara görə, Alyaskadakı görüşdə Putin döyüş xəttini Zaporojye və Xerson bölgələrində “dondurmağı” təklif edib, əvəzində isə Rusiyanın nəzarətində olan Xarkov, Dnepropetrovsk və Sumı vilayətlərinin Ukraynaya qaytarılmasını irəli sürüb. Şərtlərə əsasən, Donbasın isə rəsmi olaraq Rusiyaya verilməsi nəzərdə tutulurdu. Kiyev bu variantı qəbuledilməz adlandıraraq rədd edib.

Son aylarda cəbhə xəttində ciddi dəyişiklik qeydə alınmasa da, Ukrayna Silahlı Qüvvələri təxminən 150 kvadrat kilometr ərazini geri qaytara bilib.

“AzPolitika.info”

 

Избранный
22
1
hurriyyet.az

2Источники