Azərbaycanda 4400 məktəb, 1600 bağça fəaliyyət göstərir.
Ölkə.Az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, orta məktəblərdə pul yığılması halları var. Bütün hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb: “Bu məsələdə bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır”.