RU

Kolumbiya Prezidenti Petronun vizası ləğv ediləcək

ABŞ hökuməti Nyu-York şəhərində məşhur “Times Square” meydanında keçirilən Fələstinə dəstək və İsrailə etiraz aksiyasında iştirak edən Kolumbiya Prezidenti Qustavo Petronun vizasının ləğv ediləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti “X” sosial media platformasında Petronun viza statusu ilə bağlı açıqlama yayıb.

Açıqlamada Petronun “ABŞ əsgərlərini əmrlərə itaətsizliyə və zorakılığa təşviq etdiyi” iddia olunaraq, onun “təhlükəli və təxribat xarakterli” hərəkətləri səbəbilə vizasının ləğv ediləcəyi bildirilib.

“Qustavo Petro” və “Pink Floyd” qrupunun qurucularından olan britaniyalı musiqiçi Rocer Voters “Times Square” meydanında keçirilən Fələstinə dəstək və İsrailə etiraz aksiyasında iştirak etmişdi.

Petro aksiyada çıxışı zamanı demişdi:

“Qəzzada baş verənlər sözün əsl mənasında soyqırımdır. Bunun başqa izahı yoxdur. Məqsəd Fələstin xalqını məhv etməkdir”.O, ABŞ əsgərlərinə müraciət edərək demişdi:

“Raketlərinizi insanlığa qarşı yönəltməyin, (ABŞ Prezidenti Donald) Trampa boyun əyməyin”.

Избранный
8
1
cebheinfo.az

2Источники