RU

Piylənmədə hansı daha təsirlidir: Zərərli qidalanma, yoxsa hərəkətsizlik?

Türkiyədə piylənmə sürətlə artmaqdadır.

E-saglam.az xəbər verir ki, Endokrinoloq Prof. Dr. Temel Yılmaz, yanlış qidalanmanın hərəkətsiz həyat tərzindən daha təhlükəli olduğunu vurğulayaraq bildirib:

“Uşaqların 30 faizi artıq çəkilidir, 10 faizi isə piylənmə ilə üz-üzədir. Yetkin kişilərin 70 faizi, qadınların isə təxminən 40 faizi normadan artıq çəkiyə malikdir”.

Yılmaz, xüsusilə uşaqlıq dövründə məktəb bufetləri, fast food vərdişləri və hərəkətsizlik problemin əsas səbəbləri arasında olduğunu qeyd edib.

Zərərli qidalanma, yoxsa hərəkətsizlik?

Professor Yılmazın sözlərinə görə, piylənmənin yaranmasında yanlış qidalanmanın payı təxminən 70%, hərəkətsiz həyatın payı isə 30% təşkil edir:“Əgər piylənmə təkcə hərəkətsizliklə əlaqəli olsaydı, həbsxanalarda olan insanlar və ya laboratoriyalarda saatlarla işləyən elm adamlarının çoxu obez olardı”.

Məktəb bufetləri əsas risk faktorudur:

Uşaqlarda piylənmənin ən böyük səbəblərindən birinin məktəb bufetləri olduğunu bildirən Yılmaz deyib:

“Şagirdlər ev yeməkləri əvəzinə məktəbdə fast food qidaları ilə tanış olur və bu, vərdişə çevrilir. Üstəlik, məktəb servisində hərəkətsizlik və evdə ekran asılılığı ilə birlikdə problem daha da dərinləşir. Hər il təxminən 20 milyon uşaq və gənc bufetlərdə fast food yeməyə alışır. Türkiyə Avropada məktəblərdə isti yemək xidməti təqdim etməyən nadir ölkələrdəndir”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники