RU

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Milli Məclisin kollektivi Zəfər Parkını ziyarət edib.

Sitat.info xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Deputatlar və Milli Məclisin kollektivi Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.

Избранный
21
11
sitat.info

10Источники