Lənkərana yağan intensiv yağışlar şəhər ərazisində bir sıra çətinliklər yaradıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində sel suları həyətlərə dolub, nəqliyyatın hərəkətində problem yaranıb.
Su basan ərazilərə FHN-in əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.
Lənkəranda leysan xarakterli yağış davam edir.





