RU

Qaradağda Anım Günü Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin və YAP Qaradağ Rayon Təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə əklil və çələnglər qoyublar.

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Lökbatan qəsəbəsində yerləşən “Şəhidlər” abidə kompleksini də ziyarət edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Burada abidə önünə əklil və çələnglər qoyulub, şəhidlərin əziz xatirəsi yad edilib. Anım Günü çərçivəsində Qaradağ rayonunun müxtəlif qəsəbə məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarları da ziyarət olunub. Şəhidlərin məzarları önünə əklil və çələnglər qoyularaq onların ruhuna dualar oxunub.

Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını vurğulayaraq bununla qürur duyduqlarını bildiriblər. Bu gün – 27 Sentyabr Anım Günü münasibətilə, bütün ölkədə olduğu kimi Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayonun müxtəlif ərazilərində həyat bir anlıq dayanıb, vətəndaşlar Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın ruhuna ehtiramlarını ifadə ediblər. Bu an şəhidlərimizin xalqımızın yaddaşında daim yaşayacağının, onların qəhrəmanlığının heç vaxt unudulmayacağının bariz nümunəsi olub. Vətən uğrunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq, onların qanı ilə azad edilən torpaqlar isə daim göz bəbəyi kimi qorunacaq. Şəhidlərimizin ruhuna Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
2
qafqazinfo.az

2Источники