RU

“Krokus” terrorunda ölənlərin sayı artdı

Moskvada “Krokus Sity Holl”da törədilən terror aktının daha bir qurbanı ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Voice Mag” nəşri məlumat yayıb.

Bildirilib ki, 2024-cü il martın 22-də törədilən terror aktı zamanı kürəyindən güllələnən RIFF agentliyi və Space RIFF konsert şirkətlərinin təsisçisi Dmitri Sarayev sentyabrın 26-na keçən gecə ölüb.

“Zvezdnıy Qorodok” kanalının administrasiyası Sarayevin ölümünü təsdiqləyib.

Zərərçəkmişlərin vəkili İqor Trunovun sözlərinə görə, Sarayev bu müddət ərzində müalicə alırmış. Bununla da terror aktında ölənlərin sayı 150-yə çatıb.

Избранный
3
4
konkret.az

5Источники