Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qonaq edəcək. Matç saat 15:30-da başlayacaq.
Digər qarşılaşmada isə "Neftçi" "Karvan-Yevlax"la üz-üzə gələcək. "Neftçi Arena"da keçiriləcək matç saat 19:00-da start götürəcək.