RU

Güllünün ölümündən əvvəlki son görüntüləri yayıldı

Yalovanın Çınarcık bölgəsindəki mənzilində qızı və rəfiqəsi ilə əylənərkən 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişən məşhur sənətçi Güllünün görüntüləri ortaya çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, 51 yaşlı ifaçı Gül Tut gecə saat 01:28 radələrində dünyasını dəyişib. Onun ölümündən əvvəlki son görüntüləri yayılıb. Görüntülər evin içərisindəki kameralar tərəfindən lentə alınıb. 

Güllünün videoda əyləndikdən bir müddət sonra yıxıldığı aydın görünüb. Daha sonra sənətçinin dostu və qızının təşviş içində evdən qaçdığı əks olunub.

Güllünün iki gün əvvəl evin qapısına ağıllı qıfıl quraşdırdığı öyrənilib. Müğənni sosial şəbəkədə görüntünü paylaşaraq "İndi özümü çox güvənli hiss edirəm. Qardaşım Sevli Furkan gəldi. O, mənə parolla qorunan qapını açıb. Şifrəsiz heç kim içəri girə bilməz" deyib.(Axşam.az)

“Cebheinfo.az”

Избранный
2
1
cebheinfo.az

2Источники